Ərdoğan Şoltsla İsrail-Fələstin konfliktini müzakirə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya kansleri Olaf Şolts arasında telefon danışığı baş tutub. Bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Tərəflər İsrail-Fələstin münaqişəsini müzakirə ediblər.
Ərdoğan Türkiyənin böhranın tez bir zamanda aradan qaldırılması üçün hər cür səy göstərdiyini, vasitəçilik də daxil olmaqla bir sıra addımlar atmağa hazır olduğunu bildirib.