Ərdoğan: Türkiyə İsrail-Fələstin münaqişəsinin bitməsi üçün hər cür səy göstərir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə telefon danışığı aparıb.
Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Qeyd olunub ki, danışıq zamanı narahatlıq doğuran məsələlər, xüsusilə İsrail və Fələstin arasındakı münaqişə, regionda insan haqlarının pozulması ilə bağlı fikir mübadiləsi aparılıb.
Ərdoğan Türkiyənin regional və qlobal miqyasda son dərəcə mənfi nəticələri ola biləcək bu münaqişənin sona çatması üçün hər cür səy göstərdiyini bildirib.