Ərdoğan: Zəngəzur dəhlizinin açılışı Azərbaycan-Ermənistan sülh sazişini tamamlayacaq addımdır

Ərdoğan: Zəngəzur dəhlizinin açılışı Azərbaycan-Ermənistan sülh sazişini tamamlayacaq addımdır

Zəngəzur dəhlizinin açılışı Azərbaycan və Ermənistan arasında sülh sazişini tamamlayacaq addımdır.

“TRT Haber”ə xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Biz Paşinyana bu məsələ ilə bağlı artıq hər şeyi demişik. İndi biz sülh üçün bütün yelkənləri açmalıyıq. Ümid edirik ki, Azərbaycan və Ermənistan arasında tezliklə daimi sülh əldə olunacaq. Türkiyə olaraq bu barışı ürəkdən dəstəkləyirik. Zəngəzur dəhlizinin açılması bu sülh sazişini taclandıracaq və tamamlayacaq addımdır. Bu addımlar Azərbaycanın, Ermənistanın, Türkiyənin və regionun digər ölkələrinin rifahına və sülhünə müsbət töhfə verəcək”, – Ərdoğan vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 + eleven =