Erməni ekspert: “Tramp İsrail tərəfdarıdır, İsrail və Türkiyə isə müttəfiq kimi çıxış edir, bu, Ermənistan üçün çox pisdir”

Erməni ekspert: “Tramp İsrail tərəfdarıdır, İsrail və Türkiyə isə müttəfiq kimi çıxış edir, bu, Ermənistan üçün çox pisdir”

“Suriyada Əsəd rejiminin devrilməsi qüvvələrin böyük dəyişikliyidir”.

Bunu ABŞ-nin Stenford Universitetinin siyasi elmlər doktoru, erməni ekspert Artur Xaçikyan deyib.

Onun sözlərinə görə, Suriyanın 70-ci illərdən bəri hökuməti var idi, bu, Əsəd sülaləsi idi.

“İndi bu dəyişdi. Bu, Türkiyə və İsrail üçün böyük qələbə idi. Onların birlikdə hərəkət etdiyini görürük. İsrail artıq Suriya ərazisinə, Colan təpələrinə hücum edib, Suriyanı bombalayır. Onlar müttəfiqdirlər. Bu ittifaq – İsrail, Türkiyə, Azərbaycan ermənilərə qarşı fəaliyyət göstərib. Bu ittifaq bizi Qarabağda məğlubiyyətə apardı, indi Suriyada da eyni şeyi edirlər”, – deyə Xaçikyan qeyd edib.

Xaçikyan bildirib ki, Tramp İsrail tərəfdarıdır, İsrail və Türkiyə isə müttəfiq kimi çıxış edir, bu, Ermənistan üçün çox pisdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × five =