Erməni idmançılar Bakıya gəlir

Erməni idmançılar Bakıya gəlir

Publika.az xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan”a müsahibəsində respublika Atıcılıq Federasiyasının baş katibi Areq Sarıbekyan təsdiqləyib.

“Komanda əlavə maneə olmadığı təqdirdə getməyə hazırlaşır”, – Sarıbekyan bildirib.

O, idmançılarda əlavə təzyiq yaratmamaq üçün komandanın tərkibini açıqlamayıb.

Dünya çempionatı reytinq xarakteri daşıyır və Olimpiya Oyunlarına vəsiqə verir.

Dünya çempionatı avqustun 14-dən sentyabrın 3-dək keçiriləcək. Bundan əvvəl komandanın baş məşqçisi Seyran Nikoqosyan” Sputnik Ermənistan”a müsahibəsində komandanın təhlükəsizlik zəmanəti alacağı təqdirdə çempionata getməyə hazır olduğunu bildirib.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × three =