Erməni politoloq: “Gələn ay MÜHARİBƏ başlayacaq” -Video

Erməni politoloq: “Gələn ay MÜHARİBƏ başlayacaq” -Video

Publika.az xəbər verir ki, bu sensasion proqnozla tanınmış erməni siyasətçi Armen Baqdasaryan çıxış edib.

Onun sözlərinə görə, əgər məsələ diplomatik masada həllini tapmasa, gələn ay yeni müharibə başlaya bilər:

“Hadisələrin gedişatı məhz buna dəlalət edir. Bizi yeni müharibə gözləyir. Azərbaycanın səbri tükənib və əgər məsələ diplomatik masada həllini tapmasa, gələn ay yeni müharibə başlaya bilər. Aydındır ki, avropalıların öz maraqları var, ona görə də biz onlara arxalana bilmərik. Biz buna ümid belə edə bilmərik, çünki Qərbin Azərbaycanın qarşısına qoya biləcək heç bir mexanizmi yoxdur. Rusiya da bizi dəstəkləməyəcək. Kreml daha ağrılı cavab verəcək, çünki bilir ki, ABŞ bizim regionda yalnız öz maraqlarına uyğun fəaliyyət göstərir, bu ölkənin marağı isə yalnız birdir: Rusiyanı regionumuzdan sıxışdırıb çıxarmaq üçün əlindən gələni etmək”, – deyə erməni ekspert qeyd edib.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen − 17 =