Erməni silahlı dəstəsinin üzvlərinə hökm oxundu

Erməni silahlı dəstəsinin üzvlərinə hökm oxundu

Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin bir qrupunun – Astanyan Yeqiş Oqanesoviç, Aramyan Karen Armenoviç, Avakyan Tiqran Manikoviç, Qevorkyan Qriqor Qevorqiyeviç, Manukyan Ovsep Robertoviç, Martirosyan Gevorg Samueloviç, Qevorkyan Robert Ovikoviç, Avetisyan Vaqarşak Aşotoviç, Akopyan Volodiya Qaqiqoviç, Sukiasyan Andranik Srapoviç, Manukyan Andranik Tiqranoviç, Saqateryan Qriqor Seyranoviç və Giraqusyan Eduard Armenoviçin barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə vəkillər müdafiə çıxışı edib, təqsirləndirilən şəxslər son söz deyiblər. Daha sonra prosesdə hökm oxunub. Hökmə əsasən, onların hər biri 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə qeyd olunub ki, təqsirləndirilən şəxslər təyin olunmuş cəzalar başa çatdıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından məcburi qaydada kənara çıxarılmalıdırlar.

APA TV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × 1 =