Ermənilər Ağdama 60-a yaxın top mərmisi atdı
Noyabrın 4-ü saat 10:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdam rayonunun kəndlərini intensiv artilleriya atəşə tutmaqda davam edir.
”Ölkə.Az” report-a istinadən xəbər verir ki, dinc sakinləri hədəfə alan düşmən rayonun Qaradağlı, Mahrızlı, Çəmənli, Əhmədağalı, Qərvənd və Böyükbəyli kəndlərinə ümumilikdə 60-a yaxın top mərmisi atıb.
Ermənilərin atdığı top mərmilərdən biri Böyükbəyli kəndi ərazindəki otlaq sahəyə düşüb. Nəticədə 4 baş qoyun tələf olub.