Ermənilər Azəbaycana veriləcək sərhəd ərazilərdəki evləri yandırırlar

Ermənilər Azəbaycana veriləcək sərhəd ərazilərdəki evləri yandırırlar

Ermənistanın Syünik vilayətinin (Zəngəzur) Şurnuxu kəndində 12 ev bu gün Azərbaycana təhvil verilməlidir.

Modern.az xəbər verir ki, Azərbaycan tərəfinin ermənilərə verdiyi vaxt yanvarın 5-də başa çatır.

Ermənistan mətbuatının yaydığı məlumata görə, artıq ermənilər Azərbaycana veriləcək ərazilərdəki evlərə od vururlar. 

Qeyd edək ki, ermənilərin çıxarıldığı 12 evin sahəsi Azərbaycanın Qubadlı rayonunun ərazisidir. Ermənilər 1993-cü ildə Qubadlını işğal etdikdən sonra həmin əraziləri Şurnuxu kəndinin torpaqlarına qatıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen − 4 =