Ermənilər Kəlbəcəri atəşə tutdu

Ermənilər Kəlbəcəri atəşə tutdu

Oktyabrın 5-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Alagöllər istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Lent.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 4 =