Ermənilər Zəngəzurun Şurnuxu kəndi istiqamətində TƏXRİBAT HAZIRLAYIR

Ermənilər Zəngəzurun Şurnuxu kəndi istiqamətində TƏXRİBAT HAZIRLAYIR

Ermənistan əldə olunmuş razılığa əsasən, bu gün saat 17:00-da Qafan rayonunda nəzarət altında saxladığı 13 yüksəkliyi Azərbaycana geri qaytarmalıdır.

Modern.az xəbər verir ki, Rusiya slühəmramlılarının vasitəçi olduğu razılaşma Azərbaycan-Ermənistan sərhədinin demarkasiyası çərçivəsində həyata keçirilir.

Amma qərarın icrasından yayınmaq üçün cəhdlər də qeydə alınıb. Belə ki, Gorus rayonunun Şurnuxu kəndinin icma sədri Akop Arşakyan kəndin yaxınlığındakı Azərbaycan ərazilərini tərk etməmə çağırış edib.

O, kəndin Azərbaycanın Qubadlı rayonuna düşən hissəsini əldə saxlamaq üçün Ermənistan vətəndaşlarına könüllü döyüşmək üçün Şurnuxa gəlməsinə çağırış edib. Arşakyan razılaşmanın icra olunacağı təqdirdə Şurnuxu kəndinin bir hissəsi ilə yanaşı, Gorus-Qafan yolunun bəzi hissələrinin də Azərbaycanın ərazisinə düşəcəyini əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seven + 9 =