Erməniləri şoka salan qərar: Karona olanlardan 1700 dollar alınacaq-Video

Erməniləri şoka salan qərar: Karona olanlardan 1700 dollar alınacaq-Video

https://www.youtube.com/embed/njNg2iAvjWQ?autoplay=1&rel=0 Ermənistanda vətəndaşların koronavirusdan stasionar müalicəsinin ödənişli olması müzakirə edilir. Yeni qaydanın fevralın 1-dən gerçəkləşdiriləcəyi bildirlir.

Ermənistan Səhiyyə Nazirliyinin sözçüsü Ripsim Xaçatryan yerli mediaya verdiyi açıqlamada deyib ki, peyvənd olunmayan vətəndaşlar koronavirusun müalicəsi üçün 800 min dram, yəni 1700 dollar ödəməli olacaqlar.

O bildirib ki, ölkədə peyvəndləmə göstəriciləri qənaətbəxş deyil və virusun mutasiyası davam edir.

Qeyd edək ki, Ermənistanda peyvənd olunmamış vətəndaşların müalicəsi üçün ödənişin tətbiqi oktyabr ayından müzakirə olunur. Hətta oktyabrda belə xəstəxanaya yerləşdirilən vətəndaşların stasionar müalicə üçün orta hesabla 800 min dram ödəməli olacağı deyilirdi. Erməni ekspertlər isə belə hesab edirlər ki, nazirliyin qeyd etdiyi məbləğ həddindən artıq şişirdilmişdir və bu məbləği ödəməyə çoxunun gücü çatmayacaq. Ekspertlərin fikrincə, bu qərar karonavirusdan ölənlərin sayının artması ilə nəticələnəcək.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × 5 =