Ermənilərin komanda-qərargah məntəqəsi və generalları belə məhv edildi – (Video izlə)

Sizinyol xəbər verir ki, cəbhə bölgəsində gedən döyüşlərdə Azərbaycan Ordusu 200-ə yaxın erməni hərbçisini məhv edib, 600-dək hərbi qulluqçunu yaralayıb. Ölənlərin arasında general və polkovnik rütbəli hərbi qulluqçular da var. Buna baxmayaraq Ermənistan rəhbərliyi ölən hərbçilərin sayını öz xalqından gizlədir.

Xatırladaq ki, bir neçə saat öncə Sizinyol-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilmişdi ki, Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdə fəaliyyət göstərən komanda-qərargah məntəqəsi qoşunlarımızın vurduğu dəqiq cavab atəşi ilə darmadağın edilib. Düşmənin çoxlu sayda hərbi qulluqçusu – polkovnik və general rütbəli zabitləri də zərbə nəticəsində məhv edilib. Həyata keçirilən əməliyyatla bağlı video görüntülər ictimaiyyətə təqdim olunacaq.

[youtube]nYFkRGMjqN8[/youtube]

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seven + 17 =