Ermənilərin Moskvadakı təxribatı baş tutmadı: Njde haqqındakı filmin nümayişi dayandırıldı

Ermənilərin Moskvadakı təxribatı baş tutmadı: Njde haqqındakı filmin nümayişi dayandırıldı

Rusiyada erməni faşist Qaregin Njde haqqında çəkilən filmin nümayişi baş tutmayıb.

BAKU.WS “Oxu.az”a istinadən xəbər verir ki, filmin nümayiş edildiyi məkana polis gəlib və seans dayandırılıb.

Polis nümayəndələri 354.1 (nasizmin reabilitasiyası) maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinin yolverilməzliyi ilə bağlı prokurorun təqdimatını oxuyub və filmə tamaşa etməyə gələnləri dağıdıblar.

Xatırladaq ki, Rusiya veteranları Rusiya Erməniləri İttifaqının faşist Qaregin Njde haqqında film nümayiş etdirməklə Ermənistan ordusunun gününü qeyd etmək təşəbbüsünə qarşı çıxıblar.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − 9 =