Ermənilərin son 1 ayı: nələr dəyişəcək? – DETALLAR – VİDEO

Ermənilərin son 1 ayı: nələr dəyişəcək? – DETALLAR – VİDEO

Publika.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, yol hazırdır, Laçını boşaldıb alternativ yoldan istifadə etməlidirlər:

“Ermənistana uzaqbaşı bir ay güzəşt edilə bilər, yenə məsələni uzatsalar, toqquşma qaçılmaz olacaq. Rusiya Prezidenti Vladimir Putin Qarabağdakı vəziyyətlə bağlı Rusiya Təhlükəsizlik Şurasının daimi üzvlərinin təcili iclasını çağırıb. Kreml üçtərəfli sazişin bütün müddəalarının təcili həyata keçirilməsinin zəruriliyini vurğulayıb. Putin bunun ardınca Azərbaycan və Ermənistan liderlərinin Rusiyada görüşünü təşkil etməyə çalışacaq. Ancaq bu heç nəyi dəyişməyəcək. Ermənistan məsələlərin həllini uzadacaq, Azərbaycan ünvanlı hərbi əməliyyatlar keçirəcək, Rusiya isə tərəfləri sakitliyə çağıracaq. Belə də davam edəcək”.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × 4 =