Ermənipərəst senator Menendesin məhkəməsi iyulun əvvəlinədək davam edəcək

Korrupsiyada və Misir ilə Qətər üçün qeydiyyatdan keçməmiş xarici agent kimi işləməkdə ittiham edilən Nyu-Cersidən olan ermənipərəst senator Robert Menendesin məhkəməsi iyulun əvvəlinə qədər davam edəcək.
Mayın 13-də Nyu-Yorkun Cənub Dairəsində məhkəmə andlı iclasçıların seçilməsi ilə başlayıb. Lazımi sayda andlı iclasçıları seçmək hələlik mümkün olmayıb.
Qeyd edək ki, məhkəmənin iyulun 4-dək davam edəcəyi gözlənilir.