Ermənistan cinayətlərini işıqlandıran kanal “Youtube” tərəfindən bağlanıldı
Eastnews.org-un verdiyi xəbərə görə, Ermənistanın törətdiyi cinayətləri canlı olaraq yayımlayan Türkiyənin “TV100” telekanalına qarşı “youtube” sosial şəbəkəsi məhdudiyyət tətbiq edib.
Belə ki, “youtube” sosial şəbəkəsi “TV100” telekanalının canlı yayımları etdiyi kanalı bağlayıb.
Faktla bağlı Azərbaycanda hal hazırda Qarabağda və bölgələrdə baş verənləri işıqlandıran jurnalist Burak Ərsəmiz məlumat yayıb.
O, qeyd edib ki, “youtube” sosial şəbəkəsi rəhbərliyinin atdığı bu addım söz və ifadə azadlığına ziddir.