Ermənistan hərbçilərinin boş qalmış dəbilqələri (FOTO)

Ermənistan hərbçilərinin boş qalmış dəbilqələri (FOTO)

“France-Presse” agentliyi (AFP) Dağlıq Qarabağ barədə reportajında maraqlı faktlar aşkarlayıb.

Trend-in məlumatına görə, agentliyin təqdim etdiyi reportajda erməni hərbçilərinin boş qalmış dəbilqələri ilə bağlı foto diqqətçəkən əsas məqamdır. Məqalədə agentliyin təqdim etdiyi şəkillərdən birində erməni hərbçilərinin yüzlərlə boş qalmış dəbilqələri əks olunub.

Şəkil Ermənistan ordusunun saysız-hesabsız itki verməsini açıq-aşkar göstərir. Azərbaycan silahlı qüvvələrinin məhv etdiyi yüzlərlə erməni hərbçilərinin dəbilqələri səngərlərdə qalaqlanıb.

Xatırladaq ki, bir neçə gün öncə Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ müharibəsi zamanı 2400 erməni hərbçisinin ordumuz tərəfindən məhv edildiyini etiraf etsə də, bu rəqəm dəfələrlə azaldılıb. Erməni mediası hərbi əməliyyatlarda 5 mindən artıq erməni hərbçinin məhv edildiyini, daha 5 min hərbçinin taleyi barədə hələ də məlumat olmadığını yazır.

Ermənistan hərbçilərinin boş qalmış dəbilqələri (FOTO) - Gallery Image
Ermənistan hərbçilərinin boş qalmış dəbilqələri (FOTO) - Gallery Image

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 5 =