Ermənistan müxalifəti Paşinyana ultimatum verib

Ermənistan müxalifəti Paşinyana ultimatum verib

Ermənistan Baş naziri Nikol Paşinyan gələrək istefasını və növbədənkənar parlament seçkilərinin keçiriləcəyini elan edərsə, müxalifət Ermənistan parlamentinin binasının girişlərini açmağa hazırdır.

Bu barədə etiraz aksiyasının təşkilatçılarından biri İşxan Saqatelyan jurnalistlərə açıqlama verib.

Bundan əvvəl etirazçılar həm Baqramyan prospektindən, həm də Dəmirçyan küçəsindən Parlament binasına girişləri bağlayaraq orada əlavə çadırlar qurmuşdular.

“O, siyasi çoxluğa sahibdir. Seçki keçirmək istəyir? Elə indi deyirəm: qoy sabah saat 12:00-a qədər Parlamentə gəlsin, istefa etsin və seçkiləri təyin etsin. Bu gündəmlə gəlsə, yolu açacağıq”,  Saqatelyan dbildirib.

Salamnews

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 + eight =