Ermənistan ordusunun 16 noyabr döyüşlərində cəbhədən qaçan batalyon komandiri həbs edilib

Ermənistan ordusunun 16 noyabr döyüşlərində cəbhədən qaçan batalyon komandiri həbs edilib

Noyabrın 16-da Azərbaycanla sərhəddə təxribat törədən Ermənistanın ordusunun zabiti – batalyon komandiri, mayor Q.Q həbs edilib.

Bu barədə ölkənin Baş Prokurorluğunun nümayəndəsi Qor Abramyan bildirib.

Qeyd edilir ki, istintaq zamanı mayor rütbəli zabitin 7 hərbçi ilə döyüş mövqeyindən qaçdığı müəyyənləşib.

Zabitə qarşı Cinayət Məcəlləsinin “Döyüş vəzifəsinin və ya hərbi xidmətin icrası qaydalarının pozulması ağır nəticələrə səbəb olduqda” maddəsi üzrə cinayət işi açılıb. Məlumata görə, zabitlə yanaşı, daha bir neçə hərbi qulluqçu həbs olunub.

Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 5 =