Ermənistan parlamentində dava – Vardanyan döyüldü, xəstəxanadadır

Ermənistan parlamentində dava – Vardanyan döyüldü, xəstəxanadadır

Publika.az xəbər verir ki, bu barədə “Mülki müqavilə” fraksiyasının rəhbəri Hayk Konjoryan sosial şəbəkədə məlumat verib.

“Parlamentin dövlət-hüquq məsələləri üzrə komissiyasında qapalı müzakirə zamanı müxalifətin “Hayastan” fraksiyasından olan deputat Mher Saakyan komissiyanın sədri Vladimir Vardanyana hücum edib, onu vurub, bədən xəsarəti yetirib və qaçıb”, – Konjoryan bildirib.

Yerkir.am portalı yazır ki, komissiyanın iclası zamanı komissiya sədri Vardanyan Saakyana səsini ucaldıb, daha sonra yerindən atılaraq ona irad bildirən deputata hücum çəkməyə cəhd edib.

“Artıq dava olub, hüquq-mühafizə orqanları müdaxilə edib və Saakyanı Milli Assambleyadan aparıblar”, – nəşr yazır.

Vardanyan “Nairi” tibb mərkəzinə aparılıb. Onun vəziyyəti barədə hələlik məlumat verilməyib. Mətbuatda Saakyanın polis şöbəsinə aparıldığı barədə məlumat yayılıb.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen + 10 =