Ermənistan parlamentində jurnalistlər etiraz aksiyası keçirib

Ermənistan parlamentində jurnalistlər etiraz aksiyası keçirib

Ermənistan parlamentində baş nazir Nikol Paşinyanın çıxışı zamanı jurnalistlər etiraz aksiyası keçirib.

TASS xəbər verir ki, mətbuat nümayəndələri parlament binasında jurnalistlər üçün tətbiq olunan hərəkət məhdudiyyətinə etirazlarını bildiriblər.

Yeni qərara əsasən, jurnalistlər yalnız parlamentin foyesində, mətbuat lojasında və yaxınlıqdakı parkda fəaliyyət göstərə bilər.

Aksiyada iştirak edən jurnalistlər “Mətbuat azadlığı Nikolun vaxtında olduğu qədər məhdud olmayıb” kimi şüarlar səsləndiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one + ten =