Ermənistan polisi Nazirlər Kabineti binasının qarşısında aksiya keçirən etirazçıları saxlayıb

Ermənistan polisi Nazirlər Kabineti binasının qarşısında aksiya keçirən etirazçıları saxlayıb

Ermənistan polisinin xüsusi təyinatlı qüvvələri bu gün səhər keçmiş prezident Robert Koçaryanın “Ermənistan” seçkiqabağı blokunun nəzdində olan “Daşnaksütun” partiyasının gənclər təşkilatının 10-a yaxın nümayəndəsini saxlayıb.

Gənc fəallar Baş nazir vəzifəsini icra edən Nikol Paşinyana qarşı etiraz aksiyası keçiriblər. 

Aktivistlər çiyələk, şirniyyat və alt paltarları gətirərək onları Nazirlər Kabineti binasının qarşısına atıblar.

Əşyalar təsadüfən seçilməyib – Paşinyan, ordu islahatları ilə bağlı çıxışlarında dəfələrlə əvvəlki hökumətin dövründə valideynlərin əsgər övladlarına alt paltarları göndərməyə məcbur olduqlarını açıqlamışdı. Mövsümi giləmeyvə olaraq çiyələk yaz aylarının əvvəlində hərbi hissələrin yemək rasionuna əlavə edilmişdi.

Salamnews

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × four =