Ermənistan prezidenti BƏƏ vəliəhdi Məhəmməd bin Zayidlə görüşüb (VİDEO)
BƏƏ vəliəhdi və əmirliyin Silahlı Qüvvələrin Ali Komandanının müavini Məhəmməd bin Zayed Ali-Nihyan, bu ölkədə işgüzar səfərdə olan Ermənistan Respublikasının prezidenti Armen Sarkisyanı qəbul edib.
SalamNews bu barədə Birləşmiş Ərəb Əmirliklərinin dövlət xəbər agentliyi VAM-a istinadla xəbər verir.
Bildirilib ki, “vəliəhd və prezident Armin Sarkisyan Sahil sarayında Milli Təhlükəsizlik Məsləhətçisi Tahnoun bin Zayed Ali-Nihyanın iştirakı ilə baş tutan görüşdə dostluq və əməkdaşlıq münasibətlərini, bir sıra aktual regional və beynəlxalq məsələləri, o cümlədən iki ölkənin və xalqlarının qarşılıqlı maraqları dairəsində olan məsələləri və əlaqələrin inkişaf etdirilməsinin yollarını müzakirə ediblər.”