Ermənistan qorxu içində: Azərbaycan Ordusu bu istiqamətdə irəliləyir

Ermənistan qorxu içində: Azərbaycan Ordusu bu istiqamətdə irəliləyir

Publika.az xəbər verir ki, Ordunun plana uyğun yerdəyişmələri Ermənistanda panikaya səbəb olub. Ermənistan mətbuatı iddia edir ki, Azərbaycan ordusu bu ölkənin sərhədlərinə doğru irəliləyir. Erməni mətbuatından sitat:

“Ötən gün sosial şəbəkədə Azərbaycan ordusunun texnika karvanının Gəncə bölgəsindən Ermənistanla sərhəd istiqamətində hərəkəti ilə bağlı görüntülər yayılıb. Karvan E60 şosesi ilə Göygöl rayonu istiqamətinə gedir”.

Yazıda qeyd edilir ki, şəxsi heyət və ya hərbi yük daşıyan karvan Basarkeçər (Vardenis) istiqamətində Ermənistanla sərhədə doğru hərəkət edir.

Erməni mətbuatı Azərbaycan Prezidenti İlham Əliyevin Novruz təbrikində dediklərini xatırladaraq isterikaya düşür: “Ermənistan sülhün bərqərar olması üçün Azərbaycan hakimiyyətinin şərtlərini qəbul etməlidir”.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 1 =