Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyir

Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyir

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Ermənistanın baş naziri çərşənbə günü Nazirlər Kabinetinin iclasında bildirib ki, Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmağa hazırdır.

Trend News -un Ermənistan KİV-lərinə istinadən verdiyi məlumata görə, Ermənistanın Baş naziri Nikol Paşinyanın sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla münasibətlərin normallaşması ehtimalı barədə açıq aşkar fikir bildirib.

Ermənistan baş naziri bildirib: “Biz Türkiyə prezidentinin bu çıxışında Ermənistan-Türkiyə münasibətlərinin normallaşması, avtomobil və dəmir yolu əlaqələrinin dirçəldilməsi məsələsini müzakirə etmək üçün bir fürsət görürük. Biz daha geniş kontekst yarada biləcək belə bir dialoqa hazırıq.”

O, qeyd edib ki, Rusiya da bu prosesdə kömək etməyə hazırdır.

“Avropa Birliyi, xüsusilə Fransa və ABŞ da bu prosesdə maraqlıdır”, deyə Paşinyan əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 + eighteen =