Ermənistanda hərbçilər arasında atışma olub, ölən var

Ermənistanda hərbçilər arasında atışma olub, ölən var

Ermənistan silahlı qüvvələrinin hərbçisi xidmət yoldaşı tərəfindən açılan atəş nəticəsində ölüb.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb.

Hadisə noyabrın 15-də hərbi hissələrdən birində qeydə alınıb.

Belə ki, 2002-ci il təvəllüdlü Vaqe Ovsepyan hərbçi yoldaşı tərəfindən açılan atəş nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five + 2 =