Ermənistanın Baş naziri Yerevandakı etirazçıları cəza ilə hədələdi

Ermənistanın Baş naziri Yerevandakı etirazçıları cəza ilə hədələdi

Eastnews.org-un verdiyi xəbərə görə, Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Dağlıq Qarabag müharibəsində təslim olmasından sonra paytaxt Yerevanın küçələrində etiraz edənləri divan tutmaqla hədələyib.

Bu barədə Ermənistan KİV-i xəbər verib.

Paşinyan xalqa müraciətində bildirib ki, Yerevandakı talanların bütün təhrikçiləri ciddi cəzalandırılacaq.

“Yerevanda talançılardan bəziləri Qarabağda idilər, amma nədənsə öz mövqelərini qoydular və oradan qaçdılar. Onların arasında general da var. Rəsmən bildirirəm ki, bütün səbəbkarlar qanunun sərt tələbləri ilə cəzalandırılacaq”, – Baş nazir deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × one =