Ermənistanın keçmiş Baş nazirinə cinayət işi açılıb
Ermənistanın keçmiş Baş naziri Qrant Baqratyana qarşı cinayət işi açılıb
“Sputnik Armenia” xəbər verir ki, o, sosial şəbəkə hesabında ilk məhkəmə iclasının noyabrın 10-da baş tutacağını bildirib.
Məhkəmə informasiya portalının məlumatına görə, Qrant Baqratyan zorakılığa açıq çağırışlarda ittiham olunur.