Ərzaq sıralarında mindən çox günahsız insanın öldürülməsi sionist rejimin qəddarlığının zirvəsidir

İran İslam Respublikasının Xarici İşlər Nazirliyi Qəzza zolağında humanitar vəziyyətin pisləşməsi ilə bağlı bəyanat verərək vurğuladı: Mindən çox günahsız insanın qida yardımı alma sıralarında qətlə yetirilməsi və 600-dən çox insanın aclıq üzündən həyatını itirməsi sionist rejimin müharibə cinayətlərinin və açıq-aşkar soyqırım törətməsinin nümunələridir.
Bəyanatda deyilir: Qəzzanın qeyri-insani mühasirəsinin davam etdirilməsi və qaçqınların məskunlaşma mərkəzlərinin vəhşicəsinə bombalanması, humanitar yardımların paylanması məntəqələrinin ac və susuz insanların hədəfə alınması və
kütləvi şəkildə öldürülməsi üçün tələlərə çevrilməsi İsrail rejimi və bu rejimə dəstək verənlərin hədsiz qəddarlığının və həyasızlığının sübutudur. Mindən çox günahsız insanın qida sıralarında öldürülməsi və 600-dən çox insanın aclıq üzündən həyatını itirməsi sionist rejimin vəhşiliyinin zirvəsi və müharibə cinayətləri və soyqırımın bariz nümunələridir. Bu, Qəzza ərazisinin 90 faizinin yaşayış üçün yararsız hala düşdüyü və Qəzza əhalisinin 1,2 milyonun nəfərin ifrat aclıqdan ölüm riski ilə üzləşdiyi bir vaxtda baş verir.