Əs-Sisi sionist rejimə qlobal təzyiq göstərməyə çağırıb
Misir Prezidenti Qəzzada atəşkəsin qəti şəkildə həyata keçirilməsi üçün beynəlxalq ictimaiyyətin işğalçı rejim kimi sionist rejimə təzyiq göstərməsinin vacibliyini vurğulayıb.
Misir Prezidenti Əbdülfəttah Əs-Sisi çərşənbə axşamı bildirib ki, ölkə Qəzza zolağında atəşkəsin yaradılması üzrə beynəlxalq səyləri alqışlayır.
BRİKS üzvlərinin növbədənkənar toplantısında videokonfrans vasitəsilə çıxış edən Əs-Sisi: “Misir atəşkəsin yaradılması və Qəzza zolağında mülki əhaliyə dəstək üçün beynəlxalq səyləri, o cümlədən, Qəzza zolağında atəşkəsin və humanitar dəhlizin yaradılması ilə bağlı 2712 saylı qətnaməni alqışlayır.” – deyə bildirib.
“Əl-Əhram” qəzetinin məlumatına görə, Əs-Sisi həmçinin deyib: Misir beynəlxalq ictimaiyyətdən bu qətnamənin icrası üçün işğalçı rejim kimi sionist rejimə təzyiq göstərməyi xahiş edir.
O, Fələstin məsələsinin hər cür aradan qaldırılmasına qarşı olduğunu vurğulayıb və bütün tərəfləri rasional olmağa və bununla bağlı beynəlxalq qətnamələri yerinə yetirməyə çağırıb.
Əl-Cəzirə telekanalının məlumatına görə, Əs-Sisi həmçinin Misir hökumətinin bütün qurumlarının Fələstin məsələsinə lazımi dəstəyi verməyə davam etdiyini bildirib.