Etirazlar Parisə bu qədər zərər vurub
Publika.az xəbər verir ki, aksiyadan dəymiş ziyanı “Le Parisien” nəşri hesablayıb.
Məqalədə deyilir: “Pensiya islahatlarına qarşı keçirilən 12 nümayiş zamanı iğtişaşların vurduğu ziyan şəhər büdcəsinə 1,6 milyon avroya başa gəlib”.
Eyni zamanda, Parisin vitse-meri Emmanuel Qrequar aydınlıq gətirir ki, elan edilən məbləğdə yalnız radikal vətəndaşlardan gələn zərər nəzərə alınıb. Siyasətçi vurğulayır ki, özəl müəssisələrdəki dağıdıcılıq xərcləri bu məbləğdə nəzərə alınmır.
Publika.az