ETSN: Dumanlı hava şəraiti sabah da davam edəcək
“Hazırda Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunur”.
Bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar bürosunun direktoru Gülşad Məmmədova deyib. O bildirib ki, arabir güclənən cənub-şərq küləyinin üstünlüyü yerüstü təbəqədə havanın temperaturunun aşağı düşməsinə və inversiya yaranmasına səbəb olub: “Bu da dumanın əmələ gəlməsinə şərait yaradır. Fevralın 11-12-də fasilərlə duman olacağı gözlənilir”.
APA