Evdən 10 min dollar, 12 min manatlıq qızıl oğurlandı
Sabirabadda evdən 10 750 dollar və qızıl oğurlamaqda şübhəli bilinən şəxs tutulub.
Bu barədə BAKU.WS-ə Daxili işlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılan “Toyota” markalı avtomobildə sərnişin olan Mirkamil Səmidovun Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması müəyyən edilib.
M.Səmidov saxlanılaraq Sabirabad Rayon Polis Şöbəsinə təhvil verilib.
Araşdırmalarla onun fevralın 20-də rayon ərazisindəki evlərin birindən 100 manat, 10 750 ABŞ dolları və 12 050 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.
BAKU.WS