Eylat limanına Yəmən-İraq hücumları

Eylat limanına Yəmən-İraq hücumları

Yəmən silahlı qüvvələrinin sözçüsü ölkə ordusunun İraqın İslami müqaviməti ilə işğal olunmuş Fələstinin cənubunda yerləşən Eylat limanında birgə əməliyyat keçirdiyini açıqlayıb.

Əl Aləm telekanalının bugünkü (9 iyul) məlumatına əsasən, Yəmən ordusu Qəzzaya dəstək verməklə yanaşı, işğal altındakı Fələstinin cənubunda yerləşən Eylat limanını pilotsuz təyyarələrlə növbəti dəfə hədəfə alıb.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri dünən gecə (8 iyul) verdiyi açıqlamada bildirib: Yəmən ordusu İraq müqaviməti ilə birgə işğal altındakı Fələstinin cənubundakı Ummur Rəşraş (Eilat) limanında çoxlu sayda pilotsuz uçuş aparatları ilə mühüm yeri hədəf alıb.

Yəmən ordusu Qəzzaya dəstək məqsədi ilə ikinci dəfədir ki, işğal altındakı Fələstinin cənubundakı Eylat limanını pilotsuz təyyarə və raket hücumları ilə hədəfə alır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen + 11 =