Eylat şəhərinə PUA hücumu ilə bağlı İraq müqavimətinin bəyanatı

Eylat şəhərinə PUA hücumu ilə bağlı İraq müqavimətinin bəyanatı

 İraqın İslami müqaviməti bu gün işğal olunmuş Eylat şəhərində həyati bir mövqeyi hədəf alması barədə məlumat yayıb.

Əl Aləm telekanalının məlumatına əsasən, İraq İslami Müqaviməti bu gün (11 oktyabr) elan edib: İraq İslami Müqavimətinin Mücahidləri Fələstin və Livan xalqına dəstək məqsədilə işğalçı rejimin mülki insanlara qarşı cinayətlərinə cavab olaraq əməliyyatlarının davamında Eylat şəhərinin həssas bir mövqeyini hədərə aldı. İraq İslami Müqaviməti işğala qarşı əməliyyatlarını davam etdirir.

İraq İslam müqaviməti həmçinin düşmənin hərbi mövqelərinin məhv edilməsi əməliyyatının artan sürətlə davam edəcəyini bir daha vurğulayıb.

Qeyd edək ki, İraq İslami Müqaviməti cümə axşamı günü də iki ayrı bəyanat yayımlayaraq, pilotsuz təyyarələri ilə işğal altındakı Fələstinin şimalında yerləşən mühüm bir obyekti iki dəfə hədəf aldığını açıqlamışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen − fourteen =