Fələstinə qlobal dəstək: Barselona Tel-Əvivlə əlaqələrini kəsib
Barselona meri fələstinlilərə dəstək və “İsrail aparteidini” pisləmək üçün Tel-Əvivlə əlaqələrini kəsib.
Barselona meri Ada Kolaonun Tel-Əvivlə “bütün institusional əlaqələri” kəsməsi ilə bağlı elanı ilə bu böyük İspaniya şəhəri Tel-Əvivlə əlaqələrini kəsən ilk şəhər oldu.
İsrailə “Boykot, investisiya qoymamaq və sanksiyalar” beynəlxalq hərəkatının saytının məlumatına görə, Sionist rejim və sionist rejimin bəzi KİV-ləri Barselona bələdiyyəsinin Tel-Əvivlə əlaqələrini kəsdiyini dərc ediblər.
BDS-in məlumatına görə, Barselona meri Ada Kolao İsraillə bütün institusional əlaqələri, o cümlədən Tel-Əvivlə qardaşlıq razılaşmasını dayandırıb.
Bu münasibətlərin bərpası üçün Fələstinin insan haqlarına hörmətə yanaşmağı şərt qoyub.
Barselona və Tel-Əviv 1998-ci ildə qardaşlıq müqaviləsi imzalayıb.
Barselona meri sionistlərlə institutsional əlaqələrin bərpası şərtini belə izah edib:
“İsrail hakimiyyəti Fələstinin insan hüquqlarının pozulması sisteminə son qoyana və beynəlxalq hüquq və BMT-nin müxtəlif qətnamələri ilə onların üzərinə qoyulmuş öhdəliklərə tam əməl edənə qədər münasibətlər bərpa olunmayacaq.”
Beynəlxalq hərəkat Barselona bələdiyyəsinin bu hərəkətinə reaksiya verib və elan edib: “Barselona meri Ada Kolao və aparteid İsraillə institusional əlaqələri dayandırmağa kömək edən yerli qrupları salamlayır.”
Beynəlxalq hərəkata görə, Barselona Fələstin xalqı ilə həmrəy olaraq aparteid Tel-Əvivlə əlaqələri dayandıran ilk şəhər şurası olub.
Sionist rejimə “Boykot, investisiya qoymamaq və sanksiya” beynəlxalq hərəkatının elanına əsasən, Barselonanın Tel-Əvivlə əlaqələrini kəsməsi “Cənubi Afrikanın aparteid rejimi ilə əlaqələri kəsməyə öncülük edən şəhər şuralarının tarixi və cəsarətli hərəkətini xatırladır.”
Bəyanatda deyilir:
“Ən ifrat, sağçı, irqçi hökumət olan İsraildə mövcud hökumətin cinayətlərinə son qoymaq və aparteid siyasəti aradan qaldırmaq üçün üçün İsrailin məsuliyyətə cəlb olunması lazımdır”
Qlobal BDS hərəkatı bəyanatının sonunda əlavə edib: “Biz bütün dünyadakı qurumları Barselonanın yolu ilə getməyə və İsrailin insanlığa qarşı cinayətlərini dəstəkləməkdə iştirakına son qoymağa çağırırıq.”