Fələstin Ərəb Dövləti Liqasına qarşı ilk addımını atıb
Fələstin Ərəb Dövlətləri Liqasına müvəqqəti sədrlikdən imtina etdiyini bildirib.
SalamNews əl-Məyadinə istinadla xəbər verir ki, bunu Fələstinin xarici işlər naziri Riyad əl-Maliki deyib.
Ərəb Dövlətləri Liqasında BƏƏ və Bəhreynin İsraillə əlaqələrin rəsmiləşdirilməsinin müzakirəyə çıxarılmaması, onun pislənilməməsindən çox təəssüf etdiklərini və narahat oldqlarını bildirən Fələstin rəsmisi açıqlayıb ki, ƏDL tərkibində sözügedən tendensiyası qalmaqdadır.
Fələstin xarici işlər naziri ƏDL-in addımlarına görə bu təşkilatın müvəqqəti sədrliyindən də imtina etdiklərini bildirib.
Qeyd edək ki, Fələstin BƏƏ və Bəhreynin İsraillə sazişin ƏDL-in gündəminə çıxarılmamasına görə narahat olduğunu bildirmişdi.