Fələstin BMT-nin soyqırımı məsələləri üzrə məhkəməsinin yurisdiksiyasını qəbul edib

Fələstin Beynəlxalq Ədalət Məhkəməsinin “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyaya əsasən icraat üzrə yurisdiksiyasını qəbul edib.
Bu barədə məhkəmənin press-relizində deyilib.
Sənəddə qeyd olunub ki, Fələstin mayın 31-də BMT Təhlükəsizlik Şurasının 9 saylı (1946) qətnaməsinə uyğun olaraq sənədləri təqdim edib.
Onlar Fələstinin 2014-cü ilin aprelin 2-də qoşulduğu soyqırımı konvensiyasının əhatə dairəsinə daxil olan, yarana biləcək və ya artıq yaranmış bütün mübahisələrə münasibətdə məhkəmənin yurisdiksiyasını tanıyırlar.