Fələstin döyüşçüləri Cenində sionist əsgərlərə atəş açır – Video

Fələstin döyüşçüləri Cenində sionist əsgərlərə atəş açır – Video

Cümə günü səhər saatlarında müqavimət qüvvələri işğal altındakı İordan çayının qərb sahilində Cenin şəhərinin Burqin bölgəsində işğalçı qüvvələri atəşə tutub.

Maa Fələstin xəbər agentliyinin yerli mənbələrə istinadən verdiyi məlumata görə, sionist əsgərlər Cenin şəhərinin qərbində bu bölgədən geri çəkilərkən müqavimət qüvvələri işğalçı qüvvələrlə qarşılaşıb və onları atəşə tutub.

Sionist əsgərlər bu gün səhər tezdən Cənin şəhərinə hücum ediblər.

Digər tərəfdən, təhlükəsizlik mənbələri bu hücum zamanı işğalçı qüvvələrin azad edilmiş məhbusu, İslami Cihad hərəkatının komandirlərindən olan Mehna Əl-Şərqavini Cenindəki Zababdeh şəhərindəki evindən qaçırdığını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

7 − 4 =