Fələstin Fraksiyası: Sionistlərlə mübarizə üçün milli müqavimət planı hazırlanmalıdır

Fələstin Fraksiyası: Sionistlərlə mübarizə üçün milli müqavimət planı hazırlanmalıdır

Sizinyol xarici mediaya istinadən xəbər verir:

Fələstin parlamentinin (HƏMAS-a bağlı) “Dəyişiklik və İslahat” fraksiyası ABŞ dövlət katibinin işğal olunmuş ərazilərə səfərini Fələstin torpaqlarının işğalını qanuniləşdirmək kimi qiymətləndirdi.

Bu fraksiya Mayk Pompeonun işğal altındakı Fələstinə səfərini kəskin tənqid etdi.

Fraksiya bir açıqlama yaydı: “Bu səfərin belə bir zaman kəsiyindəki məqsədi İsrailin şəhərsalma planlarını möhkəmləndirməkdir. Pompeonun işğal olunmuş ərazilərə səfəri Fələstin ərazilərini talan etmək və əsrin müqaviləsini həyata keçirmək üçün Amerikanın örtüyüdür.”

“Əsrin müqaviləsi” Fələstin xalqının hüquqlarını pozmağı və sionist işğalını qanuniləşdirməyi hədəfləyən ABŞ-ın iddia və tətbiq etməyə çalışdığı sülh planının adıdır.

Bəyanata görə, Sionist rejimi dəstəkləməyi və ərəb ölkələri ilə normallaşma prosesini asanlaşdırmağı bacaran ABŞ hökuməti, Sionist rejimin Fələstin torpaqlarında mövcudluğunu qanuniləşdirməkdə əsla müvəffəq olmayacaq.

Fraksiya Fələstin Milli Birliyi layihəsinin tamamlanmasına çağırdı. Həmçinin, tarixin təhrif, ərazilərin talan edilməsinə və sionist şəhərsalma planınn inkişafının sabitləşdirilməsinə yönəlmiş bütün Sionist planlarına qarşı çıxa biləcək bir milli müqavimət planının hazırlanmasının zəruriliyini vurğuladı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 + 14 =