Fələstin İslami Cihad Hərəkatı: Biz Fələstini azad edəcəyik

Fələstin İslami Cihad Hərəkatı: Biz Fələstini azad edəcəyik

Fələstin İslami Cihad Hərəkatı bəyanat yayaraq, fələstinli gənclərin qanının qisasını alacağını bəyan edib.

Mehr xəbər agentliyinin Əhd-ə istinadla verdiyi məlumata görə, Fələstin İslami Cihad hərəkatı sionist əsgərlərin gülləsinə tuş gələn 23 yaşlı fələstinli Ömər Cəmil Xasibin şəhadətinə reaksiya verərək bəyanat yayımlayıb.

Bu bəyanatda deyilir: Bu möhtərəm şəhidin ailəsinə və Tülkərim bölgəsinin sakinlərinə başsağlığı veririk.

Bu bəyanatın davamında vurğulanır: Xalqımızın hər sahədə qanının axıdılmasının davam etməsi Fələstin millətinin müqavimətini gücləndirməkdədir və sionist düşmənə qarşı müqavimət hər gün artmaqdadır.

Fələstin İslami Cihad hərəkatı elan edib ki, bu şəhidlərin qanının intiqamı Fələstin torpaqlarının azad edilməsi və müqəddəs yerlərinin sionistlərdən təmizlənməsi ilə alınacaq.

Cümə günü Fələstin Səhiyyə Nazirliyi Ramullahın şimalındakı Bire şəhərinin şimal girişində İsrail işğalçı qüvvələri tərəfindən vurulan Yəzən Ömər Xasib adlı fələstinli gəncin (23 yaşında) şəhid olduğunu açıqlayıb.

Yaralandıqdan sonra bu gənc fələstinli işğal altındakı Qüdsdəki Şəariyyə Tisidik xəstəxanasına köçürülməsinə baxmayaraq, sonda aldığı xəsarətlərin şiddətindən vəvat edib.

Bu gəncin şəhid olması ilə bu ilin əvvəlindən fələstinli şəhidlərin sayı 89-a yüksəlib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three + eight =