Fələstin İslami Cihad Hərəkatının baş katibi İran prezidenti ilə görüşdü
Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad Əl Nəxalə İranın seçilmiş prezidenti Məsud Pezeşkianla görüşdə İran İslam Respublikasının Qüdsün azadlığı davasını dəstəkləməkdə mövqeyi hökumətlərin dəyişməsi ilə dəyişməyəcəyini vurğulayıb.
Əl Aləm telekanalının məlumatına əsasən, Dr.Məsud Pezeşkian dünən gecə (29 iyul) Əl Nəxalə ilə görüşdə deyib: Sionistlərin insanlığa qarşı cinayətləri qarşısında fələstinli qardaş-bacılarımızı tək qoymayacağıq.
Həmçinin İslami Cihadın baş katibi bu görüşdə deyib: İranın müqaviməti dəstəkləməsi onların mənəviyyat və sabitliyinin qorunmasında mühüm təsirə malikdir.
Ziyad Əl Nəxalə həmçinin qeyd edib: Fələstin xalqı İranın dəstəyini heç vaxt unutmayacaq!