Fələstin İslami Cihadının Dəməşqdəki terror aktına reaksiyası

Fələstin İslami Cihadının Dəməşqdəki terror aktına reaksiyası

Fələstin İslami Cihad Hərəkatı Dəməşqdə törədilən terror aktını pisləyib və bunu İsrailin Qəzzada məğlubiyyətdən xilas olmaq cəhdi kimi qiymətləndirib.

Mehr xəbər agentliyinin Əl-Məyadin-ə istinadən verdiyi məlumata görə, Fələstin İslami Cihad hərəkatı sionist rejimin İranın Dəməşqdəki konsulluğu binasına təcavüzünü pisləyib.

Bu hərəkat həmçinin vurğulayıb ki, sionist rejimin hücumu düşmənin təcavüz və müharibə miqyasını genişləndirmək və Qəzzədə məğlubiyyətdən xilas olmaq cəhdidir.

Suriya televiziyası sionist rejimin Dəməşqin əl-Məztə bölgəsindəki İran diplomatik binasına yeni hücumundan bir saat əvvəl xəbər yayıb.

İranın Dəməşqdəki səfiri Hüseyn Əkbəri bu terror aktının təfərrüatlarını açıqlayarkən bildirib ki, bu bina sionist rejimin F-35 qırıcıları tərəfindən atılan 6 raketlə hücuma məruz qalıb.

Hüseyn Əkbəri bu hücumda 5-7 nəfərin şəhid olduğunu və dəqiq statistikanın dağıntılar tam təmizləndikdən sonra açıqlanacağını bildirib.

Bu hücum bütün binanın dağıdılmasına və içəridəkilərin hamısının şəhid və yaralanmasına səbəb oldu. Şəhidlərin cəsədlərinin çıxarılması, yaralıların müalicəsi istiqamətində işlər davam etdirilir.

Əl-Məyadin müxbiri Livan və Suriyadakı Qüds qüvvələrinin komandanı general Məhəmməd Rza Zahidinin sionist rejimin İranın Dəməşqdəki konsulluğuna hücumu zamanı şəhid olduğunu xəbər verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × four =