Fələstin, Livan və Yəmən müqaviməti tərəfindən işğal olunmuş Fələstinə koordinasiya edilmiş raket hücumları

Fələstin, Livan və Yəmən müqaviməti tərəfindən işğal olunmuş Fələstinə koordinasiya edilmiş raket hücumları

İzzəddin Əl-Qəssam Briqadaları (HƏMAS-ın hərbi qanadı), Livan Hizbullahı və Yəmənin Ənsarullah hərəkatı cümə axşamı günü axşam saatlarında Tel-Əviv də daxil olmaqla işğal olunmuş Fələstinin müxtəlif bölgələrinə raket hücumlarını kordinasiya ediblər.

İRNA-nın cümə axşamı yaydığı xəbərə görə, cümə axşamı günü axşam saatlarında işğal altında olan İylat şəhərində bir neçə partlayış səsi eşidilib və ilkin məlumatlara görə, Yəmən raketlərinə qarşı mübarizə aparılıb.

Sionist rejimin media mənbələri bildiriblər ki, Fələstin müqaviməti, Livan və Yəmən koordinasiyalı şəkildə işğal olunmuş Fələstinə hücum edib.

İbranidilli KİV xəbər verir ki, həyəcan siqnalı Kiryat Şimona, Merqlit və Beyt Həlil yaşayış məntəqələrində verilib.

Bu raket hücumları ilə eyni vaxtda Səfad və Yuxarı Qalileyanın bəzi qəsəbələrində, işğal olunmuş Fələstinin mərkəzində və Tel-Əvivdə onlarla qəsəbə və şəhərdə həyəcan sirenaları çalınıb.

7 oktyabr 2023-cü il şənbə günü Fələstin müqavimət qüvvələri Qəzzadan (Fələstinin cənubu) Tel-Əviv mövqelərinə qarşı “Əl-Əqsa Tufanı” adlı qəfil əməliyyata başlayıb.

Sionist rejim uğursuzluğunu kompensasiya etmək və müqavimət əməliyyatlarını dayandırmaq üçün Qərbin yaşıl işığı ilə Qəzzə zolağının bütün keçidlərini bağlayıb və Qəzzanı bombalayır və fələstinli uşaq və qadınları amansızcasına qətlə yetirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 − fourteen =