Fələstin məsələsi həll edilməyincə Pakistan İsraili tanımayacaq – Rəsmi İslamabad

Fələstin məsələsi həll edilməyincə Pakistan İsraili tanımayacaq – Rəsmi İslamabad

“Fələstin məsələsi həll edilməyənə qədər Pakistan İsraillə əlaqələri normallaşdırmayacaq.”

SalamNews RT-ə istinadla xəbər verir ki, bunu Pakistanın xarici işlər naziri Şah Mahmud Qureyşi Birləşmiş Ərəb Əmirliklərinə səfəri zamanı mətbuata açıqlama verərkən deyib.

Son zamanlarda Pakistanın bir nümayəndə heyətinin İsrailə getməsilə bağlı iddiaları cavablandıran Ş.M.Qureyşi bu xəbərləri təkzib edib və qeyd edib ki, Fələstin məsələsi həll edilməyənə qədər Pakistan İsraillə əlaqələri normallaşdırmayacaq.

O həmçinin əlavə edib ki, heç bir dövlət və beynəlxalq təşkilat İsraili tanımaq üçün İslamabada təzyiq göstərə bilməz.

Bundan öncə Pakistan baş naziri İmran Xan da eyni fikirlə çıxış etmişdi.

Qeyd edək ki, Pakistan baş nazirinin səfərdə olduğu BƏƏ isə, iki ay öncə İsraillə əlaqələri normallaşdırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × one =