Fələstin müftisi ABŞ konqresmeninin Əl-Əqsa məscidinin sökülməsi ilə bağlı çağırışına reaksiya verib

Fələstin müftisi ABŞ konqresmeninin Əl-Əqsa məscidinin sökülməsi ilə bağlı çağırışına reaksiya verib

Fələstin müftisi ABŞ Konqresindəki Respublikaçılar partiyasının nümayəndəsinin Məscidül-Əqsanın sökülməsi və başqa yerə köçürülməsi ilə bağlı çağırışına reaksiya verib və deyib: “Məscidül-Əqsa müsəlmanlar üçündür və başqalarının buna qarışmağa haqqı yoxdur.”

Fələstinin müftisi və Məscidül-Əqsa xətibi Şeyx Məhəmməd Hüseyn ABŞ konqres üzvü “Paul Qosar”ın Məscidül-Əqsa ilə bağlı dediklərini pisləyib.

Qosar verdiyi açıqlamada belə iddia etmişdi: Bu məscidin (Məscidül-Əqsa) bu məbədin (sionistlərin iddia etdiyi məbədin) üzərində tikilməsinə icazə verilməsi iyrəncdir. BMT-nin bu məscidi söküb başqa yerə köçürmək üçün bir yol tapması lazımdır.

Qüds müftisi bildirib ki, bu açıqlamalar “Qübbəli Qaya”nın dağıdılmasına çağırış edən ifrat sionist ruhani Yakov Hymanın dediyi sözlərə bənzəyir.

Bu ifadələr həqiqətən təhlükəli və irqçi ifadələrdir və Məscidül-Əqsa ilə bağlı beynəlxalq səviyyədə tanınmış vəziyyətə ziddir.

Bu yaxınlarda tanınmış bir yəhudi arxeoloq sionist rəsmiləri və rəhbərlərinin Fələstin və Qüds torpağı ilə bağlı iddialarını bir məqalədə araşdıraraq, onların hamısını yalan və qeyri-dəqiq adlandırıb.

Sionistlərin iddia etdiyi Süleyman məbədi ilə bağlı o, belə bir binanın mövcudluğuna dair heç bir dəlil olmadığını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × one =