Fələstin müqavimət əməliyyatı zamanı Tulkərimdə Şabak əsgəri yaralanıb

Fələstin müqavimət əməliyyatı zamanı Tulkərimdə Şabak əsgəri yaralanıb

Fələstin media mənbələri bazar ertəsi günü sionist rejimin Şabak kimi tanınan daxili təhlükəsizlik xidmətinin bir əsgərinin fələstinlilərin Tulkərimdəki atışma əməliyyatı zamanı yaralandığını bildirib.

Fələstin Şahab xəbər agentliyinin məlumatına görə, bu Şabak əsgəri İordan çayının qərb sahilinin şimal-qərbində yerləşən Tulkərimdəki “Nur Şəms” düşərgəsində müqavimət qüvvələrinin açdığı atəş nəticəsində yaralanıb.

Məlumata əsasən, Şabak əsgərləri və sionist ordusu bir fələstinlini həbs etmək üçün bu düşərgəyə basqın edib, lakin müqavimət qüvvələrinin müqaviməti ilə qarşılaşıb.

Sionist rejimin mediası Şabak hərbiçisinin yarasının orta ağır olduğunu elan edib.

Son bir həftə ərzində müqavimət qüvvələri İordan çayının qərb sahilində və işğal olunmuş Qüdsdə sionist mövqelərinə qarşı 250-dən çox əməliyyat keçirib.

Bu günlərdə işğal olunmuş ərazilərə, xüsusilə İordan çayının qərb sahilinə xüsusi şərait hakimdir və fələstinli döyüşçülər sionistlərin saysız-hesabsız cinayətlərinə hər vasitə ilə cavab verirlər və bu, qəsbkar sionistlər üçün çıxılmaz vəziyyət yaradıb.

Sionistlər indiyədək fələstinlilərlə yalnız işğal olunmuş ərazilərin cənubunda və Qəzzə bölgəsində toqquşurdular. Amma indi Fələstinin şərqində İordan çayının qərb sahili fələstinli gənclərinin silahlanmasına görə, qorxaq sionistlərə qarşı pusqu yerinə çevrilib və onları rahat yuxudan məhrum edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 5 =