Fələstin müqavimət qrupu: Sionist hədəflərə qarşı 5 əməliyyat keçirdik

Fələstin müqavimət qrupu: Sionist hədəflərə qarşı 5 əməliyyat keçirdik

Fələstinin “Ərin Əl-Əsvəd” müqavimət qruplaşması çərşənbə axşamı günü sionist hədəflərə qarşı 5 əməliyyat keçirdiyini bildirib.

Əl-Qüdsul-Ərəbinin məlumatına görə, qərargahı Nablus şəhərində olan bu qrup, çərşənbə axşamı günorta Nablusun sionist Şəfi Şimron qəsəbəsi yaxınlığında bir qrup əsgəri hədəfə aldıqlarını və nəticədə çoxlu sayda sionist əsgərin öldürüldüyü və yaralandığını bildirib.

Ərin Əl-Əsvəd qrupu Fələstin vətəndaşlarından bu müqavimət qrupuna dəstək vermələrini istəyib və həmçinin Fələstin qruplarının bütün döyüşçülərinin ayıq-sayıq olmağa çağırıb.

Çərşənbə axşamı səhər xəbər mənbələri İordan çayının qərb sahilinin Cənin bölgəsində sionist mühacirlər olan avtobusunu atəşə tutulduğunu bildiriblər.

Bu hadisədən bir neçə saat sonra sionist media işğalçı orduya istinadən bu atışma nəticəsində əsgərlərdən birinin öldürüldüyünü elan edib.

Sionist rejimin rəhbərləri iki aydan artıqdır ki fələstinlilər qarşı hərbi təcavüzü davam etdririr, xüsusilə də bu rejimin Qəzza zolağına üç günlük hərbi təcavüzündən sonra, Fələstin xalqının İordan çayının qərb sahilində silahlı və xalq müqavimətinin artmasının şahidi olub.

Sionist rejimin bütün təhlükəsizlik tədbirlərinə baxmayaraq, Fələstin xalqı və İordan çayının qərb sahilindəki döyüşçülər bu rejimin əsgərləri və İordan çayının qərb sahilindəki sionist mühacirlərə qarşı əməliyyatlarının intensivliyini artırıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × three =