Fələstin müqavimət qüvvələri sionistlərə qarşı 20 əməliyyat keçirib

Fələstin müqavimət qüvvələri sionistlərə qarşı 20 əməliyyat keçirib

Xəbər mənbələri cümə axşamı səhər xəbər veriblər ki, Fələstin müqavimət qüvvələri son 24 saat ərzində İordan çayının qərb sahilində sionistlərə qarşı 20 əməliyyat həyata keçirib.

Şahab xəbər agentliyinin verdiyi məlumata görə, “Muti” kimi tanınan Fələstinin Statistika və İnformasiya Mərkəzi Fələstin müqavimət qüvvələrinin İordan çayının qərb sahilində sionistlərə qarşı 20 əməliyyat həyata keçirdiyini elan edib.

Bu xəbərə əsasən, Fələstin müqavimət qüvvələri İordan çayının qərb sahili və işğal olunmuş Qüdsün müxtəlif bölgələrində sionist qüvvələrə güllə və partlayıcı maddələr ataraq onlarla qarşı-qarşıya gəliblər.

Bu hesabat əlavə edir ki, müqavimət qüvvələrinin əməliyyatları Yerixo, Qüds, Sələfit, Cənin, Hebron, Ramullah, Nablus və Tulkərimdə keçirilib və müqavimət qüvvələri sionistlərin hücumlarına qarşı çıxıblar.

Yerli mənbələr Fələstin müqavimət qüvvələrinin Cəninin qərbində yerləşən “Dotan” məntəqəsində sionist əsgərləri atəşə tutduqlarını bildiriblər.

Muti Mərkəzi daha əvvəl bildirmişdi ki, Fələstin müqavimət qüvvələri ötən ay İordan çayının qərb sahilində və işğal olunmuş Qüdsü sionistlərə qarşı 1177 əməliyyat keçirib və nəticədə 8 sionist həlak olub, 43 əsgər və mühacir yaralanıb.

Bu günlərdə işğal olunmuş ərazilərdə, xüsusilə İordan çayının qərb sahilində şərait çox xüsusidir və fələstinli döyüşçülər sionistlərin saysız-hesabsız cinayətlərinə hər vasitə ilə cavab verirlər və bu, qəsbkar sionistlər üçün çıxılmaz vəziyyət yaradıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 + 13 =